"Neftçi"nin futbolçusu İqor Ribeyroya ağır cəza
Futbol
446
03 Sentyabr 2025 - 16:36
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
Supersport.Az saytının məlumatına görə, braziliyalı müdafiəçinin Azərbaycan Premyer Liqasının III turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda qırmızı vərəqə alması buna səbəb olub.
Ribeyro matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.
Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.