Video: "Qarabağ"ın qalib ölkəni təmsil etməsi gücünü artırdı" - Emrah Çelikel

Video: "Qarabağ"ın qalib ölkəni təmsil etməsi gücünü artırdı" - Emrah Çelikel
Futbol, Eksklüziv, Tribuna, Video, Foto
528
11 Oktyabr 2025 - 23:55

Supersport.Az-ın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan Vətən müharibəsi şəhidi, "Qarabağ" Futbol Klubunun  "İmarət" Azad Azarkeş Qrupunun üzvü Məhəmmədəli İbrahimliyə həsr olunmuş "Məhəmmədəli" filminin təqdimatından videogörüntü təqdim edir.  


Mərasimdə Şəhidin valideynləri, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova, baş direktoru Emrah Celikel, klubun mətbuat katibi Anar Hacıyevə, "İmarət" fanatları iştirak ediblər. 


Filmin müəllifi tanınmış jurnalist Asəf Quliyevdir.


"Qarabağ"ın baş direktoru Emrah Çelikel işğalçı ermənilər üzərində qələbənin qazanılmasında Şəhidlərlə qazilərin xüsusi rolu olduğunu bildirib. 


Ağdamın "Qarabağ" komandasının idarəçisi deyib ki, ölkəmizin müharibədə qalib gəlməsi futbolçuların gücünü daha da artırıb. Baş direktor uğurlarda azarkeşlərin də dəstəyini qabardıb.

Digər xəbərlər