"Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" dünya reytinqində irəlilədi
Futbol
501
12 Oktyabr 2025 - 13:27

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinqini açıqlayıb. 


Supersport.Az-ın məlumatına görə, cədvəldə Azərbaycanın dörd komandası yer alıb.


"Qarabağ" dünyanın 501 klubu sırasında 171 xalla 14 pillə irəliləyərək 82-cidir. "Napoli" də bu yerdədir.


"Sabah" (81 xal) 302-dən 296-ya qalxıb.


"Araz-Naxçıvan" (66.5 xal) 355-dən 391-ə, "Zirə" (65.5 xal) 380-dən 407-yə düşüb.


Reytinqdə PSJ 537 xalla birincidir. "Real Madrid" 505 xalla ikincidir. "Çelsi"ni (485 xal) də geridə qoyan "İnter" (493 xal) üçüncü yerə yüksəlib.

Digər xəbərlər