AFFA yığması bütün oyunlarda rüsvay oldu - Foto

AFFA yığması bütün oyunlarda rüsvay oldu - Foto
Futbol, Foto
460
14 Oktyabr 2025 - 19:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununu keçirib.


Supersport.Az xəbər verir ki, 9-cu qrupda yer alan Azərbaycan yığması sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Fransanın Kapbreton şəhərində keçirilən görüşdə AFFA-nın yığması yenə biabırçı hesabla məğlub olub: 1:5.

Azərbaycanın U-17 seçmə komandasının baş məşqçisi Aqil Nəbiyev, məşqçisi Emin Mustafayevdir.


14 oktyabr


Azərbaycan (U-17) – Rumıniya (U-17) 1:5


“Bourret” stadionu, Kapbreton. 

Baş hakim: Mateo Erceq (Xorvatiya)

Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)


Azərbaycan qrupda bütün oyunlarda məğlub olaraq 0-la sonuncu olub.


Azərbaycan yığması bundan əvvəl Fransaya 0:8, İsrailə 1:5 hesablı məğlub olmuşdu.


Fransa 7, Rumıniya 5 xalla qrup səddini keçib.

Digər xəbərlər