Dünya Kuboku: 48 komandadan 28-i məlum...
Futbol
499
16 Oktyabr 2025 - 14:43
Supersport.Az xəbər verir ki, 2026-cı il dünya çempionatında yarışacaq 48 komandanın 28-i məlum olub.
Dünya Kubokunda ev sahibi üç ölkədən əlavə bu millilər iştirakı təmin edib:
Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika Respublikası, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı və İngiltərə.
Qalan iştirakçılar seçmə mərhələnin növbəti oyunlarında müəyyənləşəcək.
Dünya çempionatı gələn il ABŞ, Kanada və Meksikada təşkil olunacaq.