Hidayət Heydərov birinci oldu, yumruq göstərdi - Foto

Hidayət Heydərov birinci oldu, yumruq göstərdi - Foto
Olimpiya, Digər, Cüdo, Foto
436
19 Oktyabr 2025 - 10:32

Supersport.Az xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycanın bəzi cüdoçuları uğur qazanıb.


Yarışda 33 ölkənin 231 idmançısı mübarizə aparır.


73 kq çəki dərəcəsində dünya, olimpiya çempionu Hidayət Heydərov finalda Çexiya cüdoçusu Çusniddin Kərimovu ipponla məğlub edərək birinci olub. Hidayət 446 gün sonra fəxri kürsüyə qalxıb.


81 kq-da yarışan Vüsal Qələndərzadə finalda finlandiyalı Eetu İhanamakiyə qalib gələrək qızıl medal qazanıb.


Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda görüşdə kanadalı Castin Lemirseni məyus edib.


Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularındna Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qızıl, Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanıblar.

Digər xəbərlər