Azərbaycan yığması birinci oldu

Azərbaycan yığması birinci oldu
Olimpiya, Digər, Cüdo
401
20 Oktyabr 2025 - 17:00

Supersport.Az xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turniri Azərbaycan cüdoçularının parlaq çıxışı ilə yadda qalıb.


Son yarış günündə milli komandamız daha 3 medal — 2 qızıl və 1 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib. -90 kq çəkidə qüvvəsini sınayan Murad Fətiyev isə bürünc medala yiyələnib. 


Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.


Ümumilikdə Azərbaycan millisi Qran-Prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

Digər xəbərlər