"Neftçi"nin yeni legioneri Abubakar yoxlanıldı, müqavilə bağlandı - Foto

"Neftçi"nin yeni legioneri Abubakar yoxlanıldı, müqavilə bağlandı - Foto
Futbol, Foto
748
21 Oktyabr 2025 - 17:41

Supersport.Az xəbər verir ki, “Neftçi” PFK-nin yeni transferi Vensan Abubakar hospitalda ümumi müayinədən keçib. Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürüldü. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.



“Neftçi” ulduz futbolçu Vensan Abubakarı transfer edib. Kamerun milli komandasının hücumçusu artıq “Neftçi” ailəsinin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.


Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.


Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.


Digər xəbərlər