Qurban Qurbanov: "Joni Montieli meydana buraxmaq fikrim yox idi" - Video

Qurban Qurbanov: "Joni Montieli meydana buraxmaq fikrim yox idi" - Video
Futbol, Eksklüziv, Video
493
01 Noyabr 2025 - 08:03

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Quban Qurbanovun klubun heyətində debüt edən ispan futbolçu Joni Montiel barədə fikirlərini videogörüntüyə alıb.

"Joni üçün motivasiya olsun deyə meydana buraxdım. Joni Montieli meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün "23-lük"də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır".

Digər xəbərlər