"Çelsi"nin mənfi cəhətlərindən danışmayaq" - Elvin Cəfərquliyev - Video
Futbol, Eksklüziv, Video
389
04 Noyabr 2025 - 19:37
Supersport.Az "Çelsi"ylə oyun ərəfəsində "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin fikirıərini videogörüntüyə alıb.
"Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik. İnamlı, mübariz və səbirli olmalıyıq. Matçın mahiyyətinin nə qədər böyük olduğunu bilirik. Bütün Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq, komanda olaraq çox rahat olmalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Bir az fərqli sistemdə çıxış edirlər. Çox güclü futbolçuları var. Cüzi səhvdən yararlanmağı bacarırlar. Buna görə də diqqətli olmalıyıq. Komanda olaraq görüşə hazırıq".