"Qarabağ" isveçli hücumçu aldı

"Qarabağ" isveçli hücumçu aldı
Futbol
141
24 May 2026 - 18:50

Supersport.Az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu növbəti transferini gerçəkləşdirib.


İsveçin "Yurqorden" komandası ilə danışıqlar müsbət nəticələnib və Zakria Savo "Qarabağ"a keçib.


26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.


Qeyd edək ki, Savo yay transfer pəncərəsində "Qarabağ"a qoşulan ikinci futbolçudur. Bundan əvvək Jali Mauddibin keçidi rəsmiləşmişdi.

Digər xəbərlər