Elcan Hacıyev Avropa çempionu oldu!

Elcan Hacıyev Avropa çempionu oldu!
Olimpiya, Digər, Cüdo
194
27 Aprel 2024 - 19:35

Supersport.Az-ın məlumatına görə, aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 kq.) Avropa çempionu olub.


Turnir boyu Elcan Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb. 


O, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə əldə edib.


Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.


Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub.



Digər xəbərlər