"Neftçi" Avropaya gücünü göstərdi - Foto

"Neftçi" Avropaya gücünü göstərdi - Foto
Olimpiya, Digər, Cüdo, Foto
243
27 Aprel 2024 - 20:49

Supersport.Az xəbər verir ki, “Neftçi” İdman Klubunun üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında böyük uğur əldə edib.

Bu gün Elcan Hacıyev əzmkarlıq nümayiş etdirərək qızıl medal qazanıb. Doxsan kiloqram çəkidə çıxış edən idmançımız həlledici görüşdə macarıstanlı Kristian Totu məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, "Neftçi" klubunun digər təmsilçilərindən Balabəy Ağayev yarışın ilk günündə (60 kq) gümüş medala sahib olub. Növbəti gün isə Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.

Digər xəbərlər