Samir Abasov "Barselona"nın baş məşqçisiylə görüşdü - Şəkil

Samir Abasov "Barselona"nın baş məşqçisiylə görüşdü - Şəkil
Futbol
234
27 Aprel 2024 - 22:02

Supersport.Az xəbər verir ki, İspaniyanın "Barselona" klubunda təcrübə keçən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bu gün əsas komandanın məşqini izləyib. Azərbaycanlı mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov, həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. 

Görüşdə "Barselona"nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib. 

Qeyd edək ki, bir neçə gündür "Barselona"nın düşərgəsində olan Samir Abasovun səfəri sabah başa çatacaq.

Digər xəbərlər