"Qarabağ" Sumqayıtda da uduzdu

"Qarabağ" Sumqayıtda da uduzdu
Futbol
180
28 Aprel 2024 - 22:00

Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasında XXXII tur davam etdirilib.

Dünən "Sabah" "Səbail"ə vurduğu 2 qolla rəqibini əliboş yola salıb.

Bu gün 3 oyun keçirilib.

"Qəbələ" "Kəpəz"lə qarşılaşıb. Gəncə klubu 1 qolla qələbə qazanıb.

"Neftçi" "Turan"ı məğlub etməyə çalışıb. Paytaxt klubu 3 cavabsız qolla qalib gəlib.

Günün son oyunu "Sumqayıt" 11 qat ölkə çempionu "Qarabağ"ı qəbul edib. İlk hissədə qol vurulmasa da, ikinci taymda meydan sahibləri fərqlənərək qələbə qazanıblar.


28 aprel (bazar)

“Qəbələ” – “Kəpəz” 0:1


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu, 15:30

“Neftçi” – “Turan Tovuz” 3:0


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”, 17:45

“Sumqayıt” –“ Qarabağ” 1:0 


Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.H. adına Sumqayıt şəhər stadionu, 20:00

29 aprel (bazar ertəsi)

“Zirə”– “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zirə İdman Kompleksinin stadionu, 19:00


Digər xəbərlər