"Bayer" yenə son dəqiqədə xilas oldu - Video

"Bayer" yenə son dəqiqədə xilas oldu - Video
Futbol, Video
285
28 Aprel 2024 - 08:01

Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, dünən 5 oyun baş tutub.

Lider “Bayer” bu dəfə evdə “Ştutqart”la qarşılaşıb və son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub. Leverkuzen klubu 46 matçdır uduzmur.


“Bayern” isə “Ayntraxt”ı məğlub yola salıb.

Almaniya Bundesliqası

31-ci tur

26 aprel

Boxum – Hoffenhaym 3:2

Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

Auqsburq – Verder 0:3

Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.

Bayern – Ayntraxt 2:1

Qollar: Keyn, 9; 61-pen – Ekitike, 23.

Frayburq – Volfsburq 1:2

Qollar: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.

Leypsiq – Borussiya (Dortmund) 4:1

Qollar: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.

Bayer – Ştutqart 2:2

Qollar: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.

28 aprel

17:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
19:30. Maynts – Köln
21:30. Darmştadt – Haydenhaym

Digər xəbərlər