"Qarabağ" üzərində qələbəni unutmalıyıq" - "Sumqayıt"ın prezidenti

"Qarabağ" üzərində qələbəni unutmalıyıq" - "Sumqayıt"ın prezidenti
Futbol, Eksklüziv
203
29 Aprel 2024 - 16:11

Supersport.Az Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qarabağ"a qalib gələn "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdən açıqlama alıb.

Klub rəhbəri, möhtəşəm gün yaşadıqlarını diqqətə çatdırıb. 

"Hər şey möhtəşəm idi: oyun, azarkeşlər, qələbə. Fanatlarımıza təşəkkür edirik. Azarkeşlərimiz stadionu doldurdular və məhz onların möhtəşəm dəstəyilə "Sumqayıt" çox güclü rəqib "Qarabağ"a qalib gəldi". 

"Sumqayıt"ın prezidenti, Avropa yarışına vəsiqə uğrunda gərgin mübarizə getdiyini, "Qarabağ" üzərində qələbəni unudub qarşıdakı 4 oyuna toparlanmağın, hazırlaşmağın vacibliyini bildirib.

"İnşAllah qitə turnirinə vəsiqə qazanaq, klubun gücləndiriləcəyi barədə danışarıq".




Digər xəbərlər