Elmar Qasımov 35 yaşında çempion oldu - Video
Supersport.Az xəbər verir ki, cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizələr başa çatıb.
Bakı İdman Sarayında keçirilən yarışın ikinci günündə daha 7 çəkidə 93 cüdoçu qüvvəsini sınayıb.
Qadınlar arasında -48 kq, -52 kq, -57 kq; kişilərdə isə -81 kq, -90 kq, -100 kq və +100 çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib.
Kişilərin yarışında Elmar Qasımov 35 yaşında çempion olub. Elmar finalda Əjdər Bağırovu ipponla məğlub edib.
Çempionlar 1000 manat qazanıb.
Qadınlar
-48 kq
1. Könül Əliyeva (Neftçi İK)
2. Şəfəq Həmidova (Azəri-Cüdo İKİB)
3. Aişə Qurbanlı (FHN İSK)
3. Diana Tçkayeva (Azəri-Cüdo İKİB)
-52 kq
1. Aydan Vəliyeva (Neftçi İK)
2. Leyla Əliyeva (Neftçi İK)
3. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Gültac Məmmədəliyeva (Neftçi İK)
-57 kq
1. Vüsalə Hacıyeva (Neftçi İK)
2. Gülnarə Bayramova (Neftçi İK)
3. Ülviyyə Bayramova (Şuşa UGİM)
Kişilər
-81 kq
1. Vüsal Qələndərzadə (Atilla İK)
2. Süleyman Şükürov (Neftçi İK)
3. Mehdi Abbasov (Qəbələ Bakı)
3. Cəsur İbadlı (Neftçi İK)
-90 kq
1. Məmmədrza Hacızadə (Sərhədçi İM)
2. Aslan Kotsoyev (Judo Club 2012)
3. Əli Qazıməmmədov (Sərhədçi İM)
3. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)
-100 kq
1. Elmar Qasımov (Atilla İK)
2. Əjdər Bağırov (DİN İC)
3. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)
3. Davud Namazlı (Atilla İK)
+100 kq
1. Kənan Nəsibov (Kanokan-TT İK)
2. Camal Qamzatxanov (Azəri-Cüdo İKİB)
3. Camal Feyziyev (Sərhədçi İM)
3. Sübhan Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)