Musa Qurbanlı: "Millimiz çox çətin qrupa düşüb" - Video
Futbol, Eksklüziv, Video
712
02 Mart 2025 - 22:01
Supersport.Az-a açıqlamasında "Qarabağ"ın, milli komandanın futbolçusu Musa Qurbanlı fikirlərini bildirib.
Musa deyib ki, yığmanın Millətlər Liqasında "C" liqasından "D" liqasına düşməsi mənfi nəticə olub. O, aşağı liqadan yuxarı qalxmağa çalışacaqlarını söyləyib.
M.Qurbanlı hesab edir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərdən Fransa/Xorvatiya cütünün qalibiylə, Ukrayna və İslandiyayla oyunları çox.çətin olacaq. Futbolçu buna rəğmən, bacardıqları qədər xal qazanmağa cəhd edəcəklərini qeyd edib.