Mövlud Mirəliyev üçqat dünya çempionu oldu

Mövlud Mirəliyev üçqat dünya çempionu oldu
Olimpiya, Digər, Cüdo
370
06 Noyabr 2025 - 14:13

Supersport.Az-ın məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında milli komandamız daha iki medal əldə edib.

Yarışda 77 ölkədən 2554 idmançı mübarizə aparır.


M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçumuz finalda braziliyalı Joao Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.


M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (-100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.


Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.

Digər xəbərlər