AFFA Saşa İliçlə Ayxan Abbasovu cəzalandırdı  

AFFA Saşa İliçlə Ayxan Abbasovu cəzalandırdı  
Futbol
126
04 Dekabr 2025 - 20:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Supersport.Az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasında 13-cü turunun bəzi oyunları ilə bağlı qərarlar verilib.


“İmişli” - “Sabah” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.


“Şamaxı” - “Sumqayıt” oyununun 88-ci dəqiqəsində Şamaxı klubunun baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.


Həmin oyunda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.


Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Sumqayıt” klubu 10 min manat cərimə edilib.


“Qəbələ” - “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Qəbələ” komandası 500 manat cərimə edilib.

Digər xəbərlər