Azərbaycan yığması bolqarlarla oyunda xallar itirdi
Futbol
356
09 Sentyabr 2025 - 19:55
U-21 yığma komandamız Avro-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün ikinci görüşün keçirib.
Supersport.Az xəbər verir ki, B qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanı qəbul edib.
"Dalğa Arena"da keçirilən oyun 1:1 hesabıyla bitib.
18:00. Azərbaycan (U-21) - Bolqarıstan (U-21) 1:1
Qollar: Emin Rüstəmov, 41 - Nikola İliyev, 45
"Dalğa Arena"
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Erind Burqu, Reydi Zaimi
Dördüncü hakim: Kreşnik Çyapi