"Turan Tovuz"da yeni legioner

"Turan Tovuz"da yeni legioner
Futbol
393
11 Sentyabr 2025 - 20:02

Supersport.Az xəbər verir ki, "Turan Tovuz" Xorxe Silvanı heyətinə cəlb edib. 


X.Silva son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.


Vətənində "Sportinq" B, "Leyşoeş" və "Pasoş Fereyra" klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.  Xorxe Silva son mövsüm "Olimpiya"nın heyətində  48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33,  Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Digər xəbərlər