"Qızıl top" Osman Dembeleyə verildi - Foto

"Qızıl top" Osman Dembeleyə verildi - Foto
Futbol, Foto
498
23 Sentyabr 2025 - 00:12

"Qızıl top"un təltifetmə mərasimində 2025-ci ilin ən yaxşı futbolçusu açıqlanıb.



Supersport.Az xəbər verir ki, bu ada Çempionlar Liqasının qalibi PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. 



"Liverpul"un misirli aparıcı futbolçusu Məhəmməd Salah daha yaxşı oynasa da, o, mükafatdan kənar saxlanılıb.



28 yaşlı futbolçu Dembele 2018-də Fransa yığmasıyla dünya çempionu olub. O, "Borussiya Dortmund", "Barselona" klubunda da çıxış edib. 



İndiyə kimi "Qızıl top"u üç müsəlman futbolçu - Zineddin Zidan, Kərim Benzema və Osman Dembele qazanıb.



2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və "Barselona" komandasının üzvü Lamin Yamal seçilib. İlin ən yaxşı kişi məşqçisi Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike olub.



"Qızıl top"un təltifetmə mərasimində "Lev Yaşin" mükafatı PSJ klubunun italiyalı sabiq qapıçısı, hazırda "Mançester Siti"də çıxış edən Canluici Donnarummaya təqdim edilib.



Fransanın PSJ klubu ilin ən yaxşı klubu mükafatının qalibi olub.



Qeyd edək ki, ötən il İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.



Digər xəbərlər