"Atletik"in qələbəsi, qolkiperinin kobud səhvi - Foto-Video
Futbol, Video, Foto
457
05 Oktyabr 2025 - 21:00
İspaniya La Liqasının 8-ci turu keçirilir.
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biri "Altetik Bilbao" "Malyorka"nı 2:1 məğlub edib. Bilbao klubundan Inaki Williams (9-pen) və Alejandro Rego (82) qol vurub.
"Malyorka"ın futbolçusu Samu Costa 77-ci dəqiqədə uzaq məsafədən topu "Atletik"in qolkiperi Unai Simonun qapısına göndərib.
Matç Bilbaonun 53 min 331 yerlik "San Mames" stadionunda keçirilib. "Atletik" - "Malyorka" oyununu 47 min 98 tamaşaçı canlı izləyib. Bilbao 8 turdan 13 xalla 7-cidir.
"Atletik" oktyabrın 22-də "Qarabağ"ı qəbul edəcək. Azərbaycan klubu Çempionlar Liqasında iki turdan 6 xalla 6-cı, İspaniya təmsilçisi 0-la 34-cüdür.