Kilian Mbappe Azərbaycana qarşı oynamayacaq 

Kilian Mbappe Azərbaycana qarşı oynamayacaq 
Futbol
473
08 Oktyabr 2025 - 15:09

Supersport.Az-ın məlumatına görə, oktyabrın 10-da dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edəcək Fransa seçmə komandası itkilər var.


Rəqibin əsas silahlarlndan biri "Real Madrid"li Kilian Mbappe zədə səbəbindən milli komandasının iki məşqini buraxıb.


Məşhur futbolçu böyük ehtimalla Azərbaycanla oyunda iştirak etməyəcək. 


"Real"ın futbolçusu Mbappe "Vilyarreal"a 3:1 qalib gəldikləri matçda ciddi xəsarət alıb.


Futbolçunun sağ topuq nahiyəsində ağrılar olduğu bildirilir.


Fransa həkimləri Mbappeyə istirahət etməyi məsləhət görür. Futbolçunun cümə günü keçiriləcək oyunda iştirakı ilə bağlı yekun qərar bu gün verilə bilər.


Kilian Mbappeylə Usman Dembelenin Azərbaycanla matçı buraxacağı gözlənilir. Bredli Barkolanın isə görüşdə iştirak etməyəcəyi dəqiqdir. 


Fransa millisi növbəti oyununu oktyabrın 13-də İslandiyaya qarşı keçirəcək. Yüngül zədəsi olan "Liverpul"un müdafiəçisi İbrahima Konatenin də Azərbaycanla oyunda iştirakı şübhə altındadır.


Qrupunda iki oyunda qələbəylə lider olan Fransa millisinin baş məşqçisi Didye Deşam qeyd edib ki, o, komandanın əsas oyunçularının sağlamlığını riskə atmaq niyyətində deyil. 



Digər xəbərlər