Azərbaycanın futbol yığması finalda dünya çempionlarını məğlub etdi - Foto
Futbol
140
02 May 2024 - 06:11
Supersport.Az xəbər verir ki, minifutbol üzrə milli komandamız Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan yığması turnirin həlledici oyununda son dünya çempionu Rumınya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıb.
Yarışın ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.