İlk günün çempionları məlum oldu

İlk günün çempionları məlum oldu
Olimpiya, Digər, Cüdo
23
06 Dekabr 2025 - 16:57

Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı başlayıb. 


Supersport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu mübarizə aparıb.


Qadınların turnirində Nilgün Rzayeva (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Günel Həsənli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram), kişilər arasında Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram) və Kamran Süleymanov (73 kiloqram) ölkə çempionu olublar.


Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq. Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparırlar.

Digər xəbərlər