Video - Eldar Əzizov: "Bakının "Dünya İdman Paytaxtı" seçilməsi böyük hadisədir"  

Video - Eldar Əzizov: "Bakının "Dünya İdman Paytaxtı" seçilməsi böyük hadisədir"  
Digər, Video, Foto
116
16 Dekabr 2025 - 21:58

"Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bununla Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.


Supersport.Az Bakının "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş təqdimetmə mərasimindən videogörüntü hazırlayıb.



Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.


ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb. Qurumun prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabelle Klaudio Aline Bonnal da mərasimə qatılıblar.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində fikirlərini bildirib.


"Bu böyük idman hadisəsi bizi çox sevindirir. Ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmanımız daim inkişafdadır. Görülən yüksək səviyyəli işlərin bariz nümunəsi olaraq Bakı "Dünya İdman Paytaxtı" elan olundu. İnanıram ki, şəhərimiz bu vəzifənin öhdəsindən layiqincə gələcək".


2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Digər xəbərlər