Video: Fərid Qayıbov Bakının Dünya İdman Paytaxtı seçilməsinə qiymət verdi

Video: Fərid Qayıbov Bakının Dünya İdman Paytaxtı seçilməsinə qiymət verdi
Digər, Video
78
16 Dekabr 2025 - 23:37

Supersport.Az Bakının "Dünya İdman Paytaxtı" titulunu rəsmi olaraq almasına gənclər və idman naziri Fərid Qayıbovun fikirlərini videogörüntüyə alıb.


Nazir bildirib ki, bu titulun Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir və belə yığıncaqda iştirak qürurvericidir:


"Paytaxtımız böyük yarışlara ev sahibliyi edib. Uzun illərdir Bakıda "Formula 1" üzrə dünya çempionatı keçirilir. İlk Avropa Oyunlarının, bundan başqa, İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirildiyini qürurla xatırlayırıq. Fəxr edirik ki, "Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm".


Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Digər xəbərlər