"Qarabağ" Azərbaycanı reytinqdə yüksəltdi

"Qarabağ" Azərbaycanı reytinqdə yüksəltdi
Futbol, Eksklüziv, Reytinq
344
29 Yanvar 2026 - 04:03

UEFA-nın əmsallar reytinqində yenilənmə olub.


Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında 8-ci tur oyunlarından sonra Azərbaycan bir pillə də irəliləyib. Ölkəmiz 55 dövlət sırasında 22.937 xalla 27-dən 26-ci yerə qalxıb. "Qarabağ" "Liverpul"a məğlub olsa da, pley-off mərhələsinə vəsiqə qazanıb ki, bu da respublikamıza fayda verib. Ağdam klubu ölkımizə 0.187 xal qazandırıb. 


Azərbaycan bu dəfə Sloveniyanı (22.843 xal) keçib.


Türkiyə 48.625 xalla 9-cudur.


Azərbaycan bu mövsüm üçün reytinqdə 23.250 xalla 54 ölkə sırasında bir pillə düşərək 19-cudur.


Qeyd edək ki, 55 ölkənin siyahısında İngiltərə 110.908 xalla birincidir. İtaliya 95.196 xalla ikinci, İspaniya 89.328 xalla üçüncü yerdədir.

Digər xəbərlər