"Neftçi"də vəziyyət çox acınacaqlıdır, sistem yoxdur" - Ağasəlim Mircavadov

"Neftçi"də vəziyyət çox acınacaqlıdır, sistem yoxdur" - Ağasəlim Mircavadov
Futbol, Eksklüziv, Tribuna
537
31 İyul 2026 - 23:57

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Supersport.Az-a açıqlamasında "Neftçi"nin UEFA Konfrans Liqasında uğursuzluğundan danışıb.


"Bütün klublarımızdan Avropa yarışlarında liqa mərhələlərinə düşməyi gözləyirdim.

Təəssüf ki, "Neftçi"ylə "Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı. "Qarabağ" Avropa Liqasıyla vidalaşdı, yoluna Konfrans Liqasında yoluna davam edəcək.


"Neftçi"də şərait, büdcə "Dinamo Minsk"dən üstün olsa da, rəqib güclü olmasa belə komanda yarışdan kənarda qaldı. Digər tərəfdən, rəqib ev matçını səfərdə keçirirdi. "Dinamo" Avropa yarışlarında nəzərəçarpan uğurlar qazanmayıb, güclü rəqib deyildi. "Neftçi" ilk matçda 2 qol vuraraq önə keçsə də, 20 dəqiqədən sonra oturdu, dayandı, mövqe səhvlərinə yol verildi, nəticədə qapısına 4 qol buraxaraq məğlub oldu. Avropada belə oynamaq olmaz. "Neftçi" cavab oyununda erkən qol vursa da, "Dinamo" qapanaraq mərhələ adladı".


Təcrübəli mütəxəssis hesab edir ki, "Neftçi"də sistem yoxdur:


"Neftçi" çox acınacaqlı vəziyyətdədir, sistem yoxdur. Son illər çox sayda məşqçi dəyişikliyi edilməsi böyük problemə çevrilib. Yayda gətirilən futbolçular qışda göndərilir və ya əksinə olur. Buna görə də uğursuzluqlar olur, keyfiyyətli komanda təşkil etmək olmur".

Digər xəbərlər