UEFA, Fərid Qayıbov Rövşən Nəcəfi saymadı

UEFA, Fərid Qayıbov Rövşən Nəcəfi saymadı
Futbol, Eksklüziv, Video
190
04 Aprel 2026 - 23:00

Gənclər və idman naziri Fərid Qayıbovla AFFA prezidenti Rövşən Nəcəfin soyuq münasibətlərinin davam etdiyi bir daha məlum olub.


Supersport.Az-ın məlumatına görə, aprelin 3-də Gənclər və İdman Nazirliyindən kimsə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXXIV hesabat konfransında iştirak etməyib.


Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində tədbirdə olub, nazirlikdən isə kimsəni AFFA-nın konfransına göndərməyi lazımsız hesab edib.


AFFA-nın toplantısında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

AFFA-nın konfransında qurum prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, vitse-prezident Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Fərid Mansurov, baş katibi Azər Əliyev və başqa şəxslər iştirak edib.


FİFA AFFA-nın tədbirinə nümayəndə göndərsə də, UEFA milli qurumun toplantısına təmsilçi yollamağı lazımsız sayıb.



Digər xəbərlər