Azərbaycanın media yığması Avropa Kubokunun ikiqat qalibi oldu - Foto
Futbol, Foto
126
11 May 2026 - 15:41
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın idman jurnalistlərindən ibarət futbol seçmə komandası Moldovada keçirilən Avropa Media Kuboku yarışının qalibi olub.
Milli son üç ildə ikinci dəfə bu yarışda çempionluq qazanıb.
Kişinyovda Moldova - Azərbaycan finalının əsas vaxtı 1:1 hesabıyla başa çatdığından penaltilər seriyasından istifadə olunub.
Azərbaycan 2:0 hesablı qələbəylə Avropa Media Kubokunun ikiqat qalibi olub.
Yarışda Azərbaycan, Moldova, Rumıniya, Latviya, Macarıstan, Gürcüstan, Ermınistan və israil yığmaları iştirak edib.