Ehtiram Quliyev ən yaxşı futbol idarəçisi seçildi

Ehtiram Quliyev ən yaxşı futbol idarəçisi seçildi
Futbol
101
02 İyun 2026 - 23:00

Azərbaycan idman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, 2025/2026 mövsümünün ən yaxşı futbol funksioneri "Turan Tovuz" klubunun prezidenti Ehtiram Quliyev seçilib.


Supersport.Az xəbər verir ki, Baku TV-nin təşkil etdiyi səsvermədə Ehtiram Quliyev 36 səslə birinci olub. İkinci yeri 27 səslə "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov, üçüncü yeri isə 8 səslə "Qarabağ" klubunun sahibi Tahir Gözəl tutub.

Digər xəbərlər