Braziliya xallar itirdi, Türkiyə uduzdu - Fotolar
Futbol
125
14 İyun 2026 - 10:00
Dünya çempionatının üçüncü günündə oyunlar keçirilib.
B qrupunda Qətər və İsveçrə yığmaları qarşılaşıb. İsveçrəlilər son dəqiqədə məğlubiyyətdən xilas olublar.
C qrupunda Braziliya - Mərakeş matçında beşqat dünya çempionları xallar itiriblər.
Haiti - Şotlandiya matçında şotlandlar 36 illik fasilədən sonra dünya çempionatında ilk qələbələrini qazanıblar.
D qrupunda Avstraliya - Türkiyə qarşılaşmasında türklər gözlənilmədən məğlub olublar.
Dünya çempionatı
Birinci tur
13 iyun
B qrupu
23:00. Qətər - İsveçrə 1:1
Qollar: Breel Embolo 17 - Boualem Khouki 90+4
14 iyun
C qrupu
02:00. Braziliya - Mərakeş 1:1
Qollar: Vinisius 32 - Saibari 21
05:00. Haiti - Şotlandiya 0:1
Qol: C.Makqinn 28
D qrupu
08:00. Avstraliya - Türkiyə 2:0
Qollar: İrankunda 27, Metkalf 75