İkiqat dünya çempionu İspaniya 50 milyon dollar qazandı

İkiqat dünya çempionu İspaniya 50 milyon dollar qazandı
Futbol, Eksklüziv
183
20 İyul 2026 - 09:51

Supersport.Az-ın məlumatına görə, FİFA Dünya Kubokunda uğur qazanan yığma komandaların əldə etdiyi mükafat məlum olub.


Dünya çempionu İspaniya 50 milyon dollar qazanıb. İspanlar 16 il sonra ikinci dəfə çempion olublar. 


Argentina ikinci olduğu üçün 33 milyon, İngiltərə üçüncü yeri tutduğundan 29 milyon dollar gəlir əldə edib. Fransa 4-cü olduğundan 27 milyon dollara sahib çıxıb.


2022-də Argentina çempionluqdan 42 milyon, 2018-də Fransa 38 milyon dollar qazanmışdı.


FİFA son dünya çempionatından 15 milyard dollar gəlir əldə edib.

Mükafat fondu 727 milyon dollar olub.


Digər xəbərlər