"Qarabağ"dan Avropada rekord
Futbol
581
31 Mart 2024 - 06:45
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubu Avropada rekorda imza atıb.
"Qarabağ" Avropada sona 8 tur qalmış çempion olan ilk komanda olub. Bu rekord çempionatın bitməyinə 7 tur qalmış "Liverpul"a aid idi. "Portu" klubu bu baxımdan ikinci olmuşdu. Portuqaliya komandası 6 tur əvvəldən çempionluğu qeyd etmişdi.
Məlumatı "İmarət" Azarkeş Qrupu yayıb.