"Fənərbağça" uduzdu
Futbol
108
12 Aprel 2024 - 07:18
Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar eyni gündə baş tutub.
Türkiyənin təmsilçisi "Fənərbağça" Pireydə "Olimpiakos"un qonağı olub. Hesabda 0:3 hesabı ilə geri düşən türklər 2 qol vura biliblər.
Çexiyada keçirilən "Viktoriya" - "Fiorentina" görüşündə qalib müəyyən olunmayıb.
İngiltərədə "Aston Villa" və "Lill" qarşılaşıb. İngilislər 2:1 üstün gəliblər.
PAOK səfərdə "Brügge"yə uduzub (0:1).
Cavab oyunları aprelin 18-də keçiriləcək.
Konfrans Liqası
1/4 final, ilk oyunlar
20:45. "Olimpiakos" – "Fenerbahçe" - 3:2
20:45. "Viktoriya" – "Fiorentina" - 0:0
23:00. "Brügge" - PAOK - 1:0
23:00. "Aston Villa" – "Lill" - 2:1