"Turan"dan çətin qələbə, "Neftçi" ikinci pilləyə yüksəldi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçirilir.
Supersport.Az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Turan Tovuz"u qəbul edib. Qonaq komanda hesabda geri düşsə də, 2 qol vuraraq qalib gəlib.
"Neftçi" "Araz-Naxçıvan"ı 3:0 hesablı məğlub edib.
Azərbaycan Premyer Liqası, XXX tur
13 aprel (şənbə)
16:30. "Qəbələ" – "Turan Tovuz" 1:2
Qollar: Əyyub Allaş 49 - Aleks Souza 81, Belajdi Pusi 90+5.
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
19:00. "Neftçi" – "Araz-Naxçıvan" 3:0
Qollar: Brayan Moreno 1, Rəhman Hacıyev 45, İqor Ribeyro 87-öz qapısına
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
"Neftçi Arena"
Turun "Sumqayıt" - "Zirə" görüşü qolsuz bərabərliklə başa çatıb.
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Toral Bayramov ("Qarabağ") - 9 qol
Nəriman Axundzadə ("Qarabağ") - 9 qol