"Real Madrid" "Bayern"ə rəqib oldu
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Supersport.Az xəbər verir ki, gecənin iki maraqlı oyunu keçirilib.
"Etihad" stadionunda baş tutan matçda İngiltərədə "Mançetser Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə başa çatıb. Cavab matçının əsas, əlavə vaxtı 1:1 bitib. Penatilər seriyasında 4:3 hesablı qələbə qazanan "Real" yarımfinala vəsiqə qazanıb.
"Bayern" – "Arsenal" oyunu gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə "Alyans Arena"da aydınlıq gətiriblər. Almaniya klubu cavab qarşılaşmasında 1 qol vuraraq yarımfinala adlayıb.
Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 1:1 (3:4-pen.)
Qollar: De Bruyne 76 - Rodriqo 12
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, "Etihad" stadionu.
İlk oyun – 3:3.
23:00. "Bayern" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:0
Qol: Coşua Kimmix 63
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.
İlk oyun – 2:2.