AFFA rəhbərliyinin utanmazlığı: "Turan"a haqsızlığı etiraf edib, cərimələdi
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu cərimələyib.
Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib.
:3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Turan Tovuz" – "Zirə" görüşü bitdikdən sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə "Turan Tovuz" komandası 15000 manat cərimə edilib", - AFFA-nın açıqlamasında deyirlir.
Bundan başqa, "Turan Tovuz" – "Zirə" qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən tovuzlular 5000 manat məbləğində də cərimələnib.
"Turan Tovuz" ümumilikdə 20 000 manat cərimələnib.
"Turan"ın rəhbəri Ehtiram Quliyev matçdan sonra baş hakim Əliyar Ağayevin oyunun nəticəsinə təsir edən səhvlər etdiyini, bunun qəbuledilməz olduğunu, il ərzində əziyyətlərinin yerə vurulduğunu, AFFA-dan tədbir görülməsini tələb etmişdi.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Əliyarın səhvə yol verdiyini, "Turan Tovuz" klubunun iki penaltisini vermədiyini etiraf etmişdi.
AFFA utanmaz qərar verib. Qurum, biabırçı işlərini düzəltmək, hakimi cəzalandırmaq əvəzinə, ədalətsizlik edilən klub rəhbərinin komandasını cərimələyib.
Rövşən Nəcəfin prezidenti olduğu AFFA absurd qərarlar verməyə öyrəşib. Qurum həm öz səhvlərini düzəltmir, həm də utanmadan haqlı olan və milyonlarla vəsait xərcləyərək ölkəyə faydalı olmağa çalışan insanları da yıxmağa çalışır.