AFFA-nın hakimi Rəvan Həmzəzadə "Sabah"ı finala apardı

AFFA-nın hakimi Rəvan Həmzəzadə "Sabah"ı finala apardı
Futbol
507
22 Aprel 2026 - 22:00

Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

"Sabah" "Qarabağ"ı qəbul edib.


Ağdam komandası ilk hissədə azlıqda qalsa da, ikinci taymda qol vuraraq, hesabda irəli keçib. Lakin Bakı təmsilçisi sonradan iki qol vuraraq, 2:1 hesablı qələbə qazanıb. 

Matçın baş hakimi Rəvan Həmzəzadə oyunda şübhəli qərarlar verib. Referi oyunun sonlarında "Qarabağ"ın təmiz penaltisini verməyib. Ağdam komandasının futbolçusunun zərbəsi zamanı "Sabah"ın oyunçusu topun qarşısını əliylə alıb. "Qarabağ"lı futbolçuların etirazlarına baxmayaraq, baş hakim Rəvan Həmzəzadə "Sabah"a qələbə qazandırıb.


Komandaların ilk oyunu 2:2 hesabı ilə başa çatmışdı.


"Qarabağ" çempionluğu "Sabah"a verdiyi üçün azarkeşlərinn kəskin tənqidiylə üzləşmişdi.

Qurban Qurbanovun komandası kuboku qazanmaq şansını da itirərək, titulsuz qalıb. 


20:00 "Sabah" - "Qarabağ" 2:1


Qollar: Velko Simiç, 78, Patrik Mbina, 87 - Kamilo Duran, 59


Qırmızı vərəqə: M.Koxalski 36


Cütüb qalibinin mayın 13-də keçiriləcək final matçında "Zirə" ilə qarşılaşacaq.

Digər xəbərlər