Tovuzda sülh, "Sabah" autsayderi uddu
Futbol
41
27 Aprel 2026 - 22:00
Azərbaycan Premyer Liqasında XXIX tura bu gün yekun vurulub.
Supersport.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilir.
İlk olaraq "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz klubu hesabda irəli olsa da, üstünlüyü qoruya bilməyib. Matç 1:1 başa çatıb.
"Sabah" - "Karvan-Yevlax" qarşılaşması ilə tur başa çatıb. Bakı klubu 2:0 hesablı qalib gəlib.
"Bayquşlar" 72 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu - 12-ci sıradadır.
18:00 "Turan" - "Zirə" 1:1
Qollar: Rəhim Sadıxov 22 - Davit Volkov 63
20:00 "Sabah" - "Karvan" 2:0
Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.