"Neftçi"ni erməni futbolçu da yıxdı
Futbol
391
22 İyul 2026 - 21:55
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq "Neftçi" bu gün Minsk "Dinamo"sunu qəbul edib. Azərbaycan klubu əvvəlcə 2 qol vursa da, sonra 4 qol buraxaraq, məğlubiyyətlə barışıb. "Dinamo"nun 2 qolunu Karen Vardanyan vurub.
20:00 "Neftçi" (Bakı) - "Dinamo" (Minsk) 2:4
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardanyan, 37, 57, Yevgeni Malaşeviç, 48, Quljigit Alikulov, 78
Baş hakim: Kostas Fellas
8-ci km stadionu