Kamran Babazadə "Dinamo Zaqreb"ə bu tarixdə qoşulacaq 

Kamran Babazadə "Dinamo Zaqreb"ə bu tarixdə qoşulacaq 
Futbol
136
26 İyul 2026 - 05:41

Azərbaycanın istedadlı futbolçusu Kamran Babazadənin rəsmi dəvət aldığı "Dinamo" Zaqreb akademiyasına qoşulmaq üçün Xorvatiyaya səfər müddəti məlum olub.


Supersport.Az xəbər verir ki, Xorvatiyaya səfər 2027-ci ilin yanvar ayında baş tutacaq. Bu haqda məlumatı az öncə Kamranın agenti FİFA lisenziyalı futbol agenti Katarina Ćosić məlumat verib. 


Xanım Kosiç "Dinamo" Zaqrebin idman direktoru Qoran Vlaoviçlə bu tarixi artıq razılaşdırıb.


Bu xəbəri Kamran Babazadənin atası, "Xankəndi" klubunun meneceri Rəşad Babayev paylaşıb.

Digər xəbərlər