Video: "Sabah"ın "hapoel"i keçəcəyinə inanıram" - Valdas Dambrauskas

Video: "Sabah"ın "hapoel"i keçəcəyinə inanıram" - Valdas Dambrauskas
Futbol, Eksklüziv, Video
126
24 Avqust 2026 - 23:08

Supersport.Az Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın "Hapoel" klubu ilə keçiriləcək qarşılaşmadan öncə fikirlərinin videosunu təqdim edir.

"Sabah pley-off mərhələsinin cavab oyununa çıxacağıq. Bu, ötən həftə keçirilən ilk qarşılaşmanın davamıdır. İnanıram ki, komandamız həmin oyunda yol verdiyi səhvlərdən nəticə çıxarıb. Bütün futbolçularımız sağlamdır və oyuna hazırdır. Ümid edirəm ki, sabah bizi çox həyəcanlı qarşılaşma gözləyir. İlk oyunda 1:2 hesabı ilə məğlub olmuşuq. Amma azarkeşlərimizə demək istəyirəm ki, sabahkı oyuna tam hazırıq və mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, komandam bunun öhdəsindən gələcək".

Digər xəbərlər