FIFA Bakıdakı dünya çempionatının tarixini açıqladı

FIFA Bakıdakı dünya çempionatının tarixini açıqladı
Futbol
58
22 Oktyabr 2026 - 19:49
Supersport.Az xəbər verir ki, bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.


İclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi "FIFA U-20 World Cup 2027™"nin tarixi rəsmən açıqlanıb.


20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.


Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.
Həmçinin FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.
FIFA U-20 Dünya Çempionatı 2027-ni stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər