Pep Qvardiola israilin zülmündən danışdı - Video
Futbol
384
01 Fevral 2026 - 09:23
Supersport.Az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Barselonada keçirilən Fələstinə yardım tədbirində fikirlərini bildirib.
İspaniyalı mütəxəssis İsrailin insanlara zülm etməsindən yenə danışıb:
“Axşamınız xeyir. Əssəlamu Aləykum.
Dağıntıların arasında özünü qeydə alan bir uşağın "Anam haradadır?" deyə yalvardığını gördüm. Həmin uşaq hələ də anasına nə olduğunu bilmir.
Və mən həmişə düşünürəm: Bu uşaqlar nə düşünürlər?
Düşünürəm ki, biz onları tək qoymuşuq, tərk etmişik. Həmişə onların "Haradasınız? Gəlin, bizə kömək edin" dediklərini təsəvvür edirəm. Və indiyə qədər, hətta indi də, biz bunu etməmişik". 🇵🇸