"Qarabağ"ın "Nyukasl"la matçlarının vaxtı bilindi
Futbol
213
01 Fevral 2026 - 09:37
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" (Azərbaycan) və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.
Supersport.Az xəbər verir ki, Ağdam klubu ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Qarşılaşma saat 21:45-də başlayacaq.
Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşünə isə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.